Gürcüstan, Tbilisi, 29 avqust / Trend , müxbir N.Kirtsxaliya/ NATO-nun Hava Hücumundan Müdafiə (HHM) və hava idarəetməsi üzrə Direktoratının nümayəndələri Corc Çoni və Ceyms Rarat Tbilisidə hava nəzarəti infrastrukturunun bərpa edilməsi məsələlərini müzakirə ediblər.
Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bir gün əvvəl NATO nümayəndələri müdafiə nazirinin müavini Georgi Muçaidze ilə görüş keçiriblər.
Görüşdə hava nəzarəti infrastrukturunun bərpa edilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, tərəflər bu istiqamətdə NATO və Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsi və alyans tərəfindən Tbilisiyə konkret yardımın göstərilməsi barədə razılıq əldə ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı [email protected]