...

Avropa İttifaqının Ali komissarı Aİ - nin Gürcüstana qarşı planlarını ifadə edib

Siyasət Materials 1 Sentyabr 2008 18:28 (UTC +04:00)
Avropa İttifaqının Ali komissarı Aİ - nin Gürcüstana qarşı planlarını ifadə edib

Gürcüstan, Tbilisi, 01 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqının Ali komissarı Havyer Solana, Aİ-nin bu gün Gürcüstana qarşı sanksiyalar qəbul edəcəyini düşünmür. Solana sammitdən əvvəl jurnalistlərə bildirib ki, "çətin ki, sammit sanksiyalar haqqında qərar qəbul edəcək".

"Biz Rusiya ilə münasibətləri müzakirə edəcək və müvafiq qiymət verəcəyik. Çox şey noyabrda Rusiya prezidenti Dmitri Medvedyevlə görüşümüzdən asılı olacaq", - o qeyd edib.

Solananın sözlərinə görə, Avropa İttifaqı Tbilisi ilə üç istiqamətdə - Gürcüstan-Rusiya qarşıdurmasının nizamlanması, yardımın göstərilməsi və Gürcüstandakı münaqişə zonasına müşahidəçilərin göndərilməsi istiqamətlərində danışıqlar aparmaq niyyətindədir.

Avqustun 8 - nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12 - də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiyanın sülhməramlı qüvvələrini və beynəlxalq müşahidəçiləri saxlamaq qərara alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti