...

İsrailin hakim partiyasına praymeriz - diplomat və ya general

Siyasət Materials 17 Sentyabr 2008 11:45 (UTC +04:00)
İsrailin hakim partiyasına praymeriz -  diplomat və ya general

İsrail, Qüds, 17 sentyabr / Trend , müxbir Arye Qut/ Çərşənbə günü, sentyabrın 17-də, səhər saat 10.00-da "Kadima"ya (İsrailin hakim partiyası) "praymeriz" adlandırılan partiyadaxili seçkilər üzrə səsvermə başlayıb.

İki aparıcı namizəd - İsralin Xarici Siyasət İdarəsinin rəhbəri Tsipi Livni və nəqliyyat naziri, general Şaul Mofaz öz qələbələrinə əmindirlər. Bugünkü praymerizə demək olar ki, hər şey - hər ehtimala qarşı texniki məsələlər də hazırdır. Dünən seçkilərin bütün əsas atributları bütün ölkə üzrə mövcud olan 117 seçki məntəqəsinə göndərilib.

Son sorğular göstərir ki, hakim "Kadima" partiyasına yeni lider seçkisində İsrailin xarici işlər naziri Livni asanlıqla qalib gələcək və Baş nazir Exud Olmerti əvəzləyəcək. Lakin Mofazın nümayəndələri 27 min seçicinin dəstəyininə arxalandıqlarını iddia edirlər. Belə ki, hər iki lider yarışmanın ilk raundunda öz qələbəsinə əmindir. Nəqliyyat naziri Mofazın qərargahında son ictimai rəy sorğularna baxmayaraq, onun qələbəsinə möhkəm əminlik ifadə olunur.

Bütün ictimai rəy sorğuları əməli olaraq nümayiş etdirir ki, reytinqdə üstünlük Livnin xeyrinədir, partiya işləri üzrə icmalçılar isə praymerizdə məhz Mofazın qalib gələcəyini bildirirlər. Belə proqnozlar üçün onların ciddi əsəsları var. Partiya lideri seçkisi prinsip etibarı ilə ümumi iradədən fərqlənir. Burada əsas olan tərəfdarların sayı, namizədlərdən birinin siyasi proqramının dəstəklənməsi deyil, təşkilat sistemi və partiyadaxili klanlar arasında hər cür razılaşmanın əldə olunmasıdır. Mofazın potensial tərəfdaşlarına post vermə imkanları obyektiv olaraq çoxdur, deməli onlarla razılığa gəlmək ona asan olacaq. Bundan əlavə, "Kadima"ya partiyadaxili seçkilərlə bağlı hər iki potensial qalibin qərargahında son anna qədər seçicilərə zənglər ediləcək. Bunda məqsəd onların hamısının seçkidə iştirakına nail olmaqdır.

"Kadima"da partiyadaxili səsvermənin başlanmasına üç saatdan az qalıb. Lakin namizədlərin fikri ertəsi gün nəyin baş verəcəyi, seçkilərdən sonra 21 gün ərzində kiminlə və necə koalisiya yaratmaq barədə məsələlərlə məşğuldur. Partiyadaxili seçkidə Livniyə qalib gəlmək nəsib olarsa, o, Olmerti Baş nazir postunda əvəz edəcək və İsrail tarixində bu posta seçilən əfsanəvi Qold Meirdən sonra ikinci xanım olacaq. Seçkilərdə general Mofaz qalib gələcəyi təqdirdə, o, Şərqdən, məhz İrandan gələn ilk mühacir Baş nazir olacaq. "Kadima"nın hansı siyasətçini İsrailin Baş naziri postuna layiq görəcəyini isə zaman göstərəcək.

Xəbər lenti

Xəbər lenti