Fars Körfəzi ölkələrinin maliyyə nazirlərinin Ciddədə keçirilən görüşü zamanı bu ölkələrdə vahid pul sisteminin tətbiq edilməsi məsələsi barədə razılığa gəlinib. Bu haqda "Əl-Ərəbiyyə" telekanalı məlumat verib. Vahid körfəz dinarının dövriyyəyə buraxılmasına dair yekun sənəd Omman Sultanlığında keçiriləcək sammit zamanı imzalanacaq.