...

BMT Fələstində sülhə yardımı davam etdirəcək

Siyasət Materials 18 Sentyabr 2008 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr/ Trend / BMT digər ərəb dövlətləri ilə birlikdə Fələstində vəziyyətin tənzimlənməsində, həmçinin, Fələstin və İsrail arasında sülhün əldə olunmasında iştirakını davam etdirəcək.

Həmməruzəçilər BMT Təhlükəsizlik Şurasının regionda vəziyyətin tənzimlənməsinə həsr olunmuş brifinqində muxtariyyət sakinlərinə humanitar yardımı artırmaq təklifi ilə çıxış ediblər, -"Vesti" telekanalı cümə axşamı xəbər verib. Həmməruzəçilər əlavə ediblər ki, ötən illə müqayisədə, Qərb sahilində vəziyyət sabitləşib, ölkədə təhlükəsizlik daha yüksək həddə çatıb.

Bundan əlavə, Misir və İsrail sərhədlərində daha az insan həlak olub. Təhlükəsizlik Şurasının sözlərinə görə, əsas problem regionda iqtisadi inkişafı ləngidən Qəzzə Zolağı ilə sərhəddəki NMB - dir. Bu, muxtariyyət sakinlərinə tibbi xidmətin göstərilməsinə də mənfi təsir göstərir. Yaxın Şərq dördlüyü - Rusiya, ABŞ, BMT və Aİ sentyabrın sonunda buraxılış məntəqələri məsələlərinin həlli, həmçinin, əhaliyə humanitar yardımın artırılması üzrə iclas keçirəcəklər.

Həmməruzəçilər iclasda qeyd ediblər ki, ötən il qəbul edilən Annapolis sazişinə nə yerli hökumət, nə də Qəzzə zolağını idarə edən HƏMAS hərəkatı tərəfindən riayət edilmir. Qəzzə zolağı və Qərb sahilinin vahid bir dövlətdə birləşməsi üçün muxtariyyət hökumətinə, həmçinin, HƏMAS-a təzyiqi artırmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti