...

Bakıda oğurluğa hazırlaşan dəstə üzvləri tutulub

Siyasət Materials 25 Sentyabr 2008 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakıda "Moskva" univermağından oğurluq etməyə hazırlaşan dəstə üzvləri tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 24-də saat 03:00 radələrində DİN-in Çevik Polis Alayı və Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Məhərrəmov küçəsində "VAZ-2107" markalı avtomaşının sürücüsü, Yeni Suraxanı qəsəbə sakini Baba Aydəmirov və sərnişini, Masallı rayon sakini Ruslan Abbasov şübhəli şəxs qismində saxlanılıblar. Avtomaşına baxış zamanı 2 ədəd dəmir kəsən qayçı, əlcək, idman papağı və sair əşyalar aşkar edilib.

Araşdırmalar zamanı B.Aydəmirov və R.Abbasov "Moskva" univermağından oğurluq etməyə hazırlaşdıqlarını etiraf ediblər. DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun digər üzvləri, Əmircan qəsəbə sakinləri Eldar Əlisultanov, Pərviz Zöhrabov və Valeh Əsədullayev də tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti