...

Azərbaycanın müxalifətçi prezidentliyə namizədi seçki kampaniyasında problemlərin yaradıldığını bildirib

Siyasət Materials 2 Oktyabr 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycan müxalifətini təmsil edən Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə seçki kampaniyası zamanı bəzi problemlərlə üzləşdiyini bildirib.

"Bəzi rayonlarda şəkillərimizi cırırlar. Yerlərdə təbliğatımı aparan insanlara bu və ya digər şəkildə xəbərdarlıq edilir, təzyiq göstərməyə çalışırlar" - cümə axşamı Trend - a Ağazadə bildirib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Seçki Məcəlləsinə görə, namizədlərin təbliğat-təşviqat kampaniyası seçkiyə 28 gün qalmış - sentyabırın 17- də bağlayıb.

Prezidentliyə namizəd qanun pozuntularının Mingəçevr şəhərində, Göyçay, Neftçala, Kürdəmir, Ağcabədi rayonlarında daha çox müşahidə olunduğunu bildirib.

"Qanun pozuntuları barədə müxtəlif qurumlara, o cümlədən Mərkəzi Seçki Komissiyasına müraciət etmişik. Çox təəssüf ki, müraciətimizə adekvat münasibət göstərmirlər" - Ağazadə deyib.

Ümid Partiyasının prezidentliyə namizədi seçkini boykot edən müxalif təşkilatların dəstəyini qazanacağını da istisna etməyib.

"Həmin təşkilatlar yuxarı qurumlar vasitəsilə dəstək verməyəcəklər. Amma yerlərdə bizə çox böyük dəstək hiss edirik" - Ağazadə bildirib.

Müxalifəti təmsil edən Ümid Pariyası 1993- cü ildə yaradılıb. 2002 - ci ildə Vətəndaş Birliyi Partiyası (VBP) Ümid Pariyasına birləşib. VBP -nin sədri olmuş Ağazadə Ümid Partiyasına sədr seçilib. Ağazadə Milli Məclisin deputatıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti