...

Qazaxıstanda Azərbaycan prezidenti seçkisində 325 nəfər səs verib – səfir

Siyasət Materials 15 Oktyabr 2008 19:46 (UTC +04:00)

Qazaxıstan, Astana, 15 oktyabr/ Trend , müxbir K.Konırova/ Qazaxıstanda səfirlik nəzdində yaradılmış seçki məntəqəsində 325 nəfər Azərbaycan prezidenti seçkisində səs verib.

"Bu gün Azərbaycanın bu ölkədə yaşayan 338 vətəndaşından 325 nəfəri səsvermədə iştirak edib ki, bu da 94 faiz təşkil edir", - Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov Trend -a bildirib.
  Səsvermə Astana vaxtı ilə saat 19.00 - da başa çatıb.

"Səslərin hesablanması zamanı aşkar edilib ki, səs verənlərin 95 faizi İlham Əliyevin xeyrinə seçim ediblər", - səfir bildirib.

Azərbaycanda prezident seçkisi baş tutub.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri,indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti