...

Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı protokolların 96 faizi hesablanıb

Siyasət Materials 16 Oktyabr 2008 17:53 (UTC +04:00)

Azərbayan, Bakı, 16 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı protokolların 96 faizi hesablanıb.

"5359 məntəqə seçki komissiyasının 96 faizdən çoxunun protokolları Mərkəzi Seçki Komissiyasına daxil olub və indiyə olan məlumatlara əsasən,prezidentliyə Yeni Azərbaycan Partiyasından namizəd İlham Əliyevə 3 milyon 139 min 243 seçici səs verib. İlham Əliyev 88,64 faizlə birinci yerdədir" - Trend - a Seçkilər İnformasiya Mərkəzindən məlumat verilib.

Trend -un arayışı: Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

İndiyə olan məlumata görə, müxalifəti təmsil edən Ümid Partiyasının sədri İqbal Ağazadəyə 101 min 759 səs verilib və 2,87 faizlə ikinci yerdədir. Müxalifətçi Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu 88 min 494 səs toplayıb və 2,50 faizlə üçüncü yeri tutub.

Müxalifəti təmsil edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevə 81 min 452 səs verilib və 2,30 faizlə dördüncü yerdədir. Öz təşəbbüsü ilə seçkiyə qatılan Qulamhüseyn Əlibəyli 79 min 587 səs toplayıb və 2,25 faizlə beşinci yeri tutub.

Müxalifəti təmsil edən Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev 27 min 675 səs toplayıb və 0,78 faizlə altıncıdır.

Müxalifətçi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 23 min 155 səslə (0,65) sonuncudur. Səsvermədə seçicilərin 75,64 faiz iştirak edib. ki, seçkilər İnformasiya Mərkəzindən bildirilib ki,Azərbaycandan kənarda təşkil olunan və ucqar kəndlərdəki seçki məntəqələrinin protokolları hələlik MSK-ya daxil olmayıb: "Yaxın saatlarda məntəqələrdən məlumatları 100 faiz alacağıq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti