...

ABŞ İranın İxracın İnkişafı Bankına sanksiyalar tətbiq edib

Siyasət Materials 23 Oktyabr 2008 17:04 (UTC +04:00)
ABŞ İranın İxracın İnkişafı Bankına sanksiyalar tətbiq edib

ABŞ-ın Maliyyə Nazirliyi ballistik raketlərin işlənilməsi və istehsalı sahəsində tədqiqatlara sponsorluq etdiyinə görə, İranın İxracın İnkişafı Bankına sanksiyalar tətbiq edib, - İranın İLNA informasiya agentliyi xəbər verir.

Yeni sanksiyalara əsasən, bu bankın ABŞ - dakı bütün hesabları dondurulub. ABŞ vətəndaşlarına bu bank vasitəsilə maliyyə əməliyyatları aparmaq qadağan edilib. ABŞ, İranın nüvə proqramının işlənilməsini dayandırmaq  cəhdi ilə, ölkənin banklarına qarşı ilk dəfədir ki, sanksiya tətbiq etmir. Sentyabrda gəmiçilik şirkətinə qarşı  da sanksiya tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti