İsrail, Qüds, 9 noyabr / Trend müxbir A.Qut/ Ötən həftə İsraildə İtshak Rabinə həsr olunmuş tədbirlər keçirilib. İsrailin keçmiş baş naziri İtshaq Rabin On üç il əvvəl, Tel-Əviv şəhərində süi-qəsd nəticəsində qətlə yetirilib. Bu hadisənin ildönümünə həsr olunmüş tədbirə yığışan insanlar qarşısında çıxış edən İsrail prezidenti Şimon Peres deyib: "Bizim sənə ehtiyacımız var, İtshaq. Burada yığışan insanlar demokratiyanı anarxiyadan seçməq qabiliyyətindədirlər".
İsrail dövlət başçısı əmin olduğunu bildirib ki, xalq həmrəylik bildirərək, yenə də birlik nümayiş etdirəcək. Şimon Peres deyib: "İtshaq Rabin həyatını sülh yolunda və arzuların həyata keçməsi naminə qurban verib. Sülh çox da uzaqda deyil. Biz münaqişənin sülh yolu ilə həll edilməsində ümidimizi itirməməliyik".
İsrailin keçmiş baş naziri İtshaq Rabin 1993-cü ilin sentyabrında Fələstin azadlıq Təşkilatının lideri Yasir Ərafatla məhdud Fələstin özünüidarə sisteminin tətbiq olunmasına dair sənəd imzalayıblar. Sonra İsrail qoşunları Qəzza bölgəsinin əksər ərazilərindən çıxarılıb. Bu səbəbdən Rabin və Ərafat Nobel sülh mükafatına layiq görülmüşlər.
Rabin 1995-ci il noyanr ayında Tel-Əvivdə, 25 yaşlı İsrailli gənc İqal Əmir tərəfində, fələstlə sülhü dəstəkləyənlərin təşkil etdiyi mitinqdə çıxış etdikdən sonra qətlə yetirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]