Gürcüstan, Tbilisi, 26 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ AB Axalqoridə Gürcüstan və Polşa prezidentlərinin kortejlərinə atəş açılması insidentilə bağlı Rusiyaya qarşı sanksiya tətbiq etsə, Sxinvali Cenevrə danışıqlarından imtina edə bilər. Bu cür ultimatumu qondarma Cənubi Osetiya Respubilkasının de-fakto prezidenti Eduard Kokoyta verib.
O, artıq məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə təlimat verib. Cenevrə danışıqları dekabrın 17-18-də bərpa olunmalıdır.
Gürcüstanın Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya deyib ki, "Sxinvalinin marionet rejiminin danışıqlarda iştirak etməməsinə bizim etirazımız yoxdur".
"Gürcüstan bir daha bəyan edir ki, Cenevrə danışıqlarının tərəfdarıdır və bu danışıqları altıbəndlik Sarkozi-Medvedyev razılaşmasının icra mexanizmi kimi qiymətləndirir" , - o söyləyib.
Müləlliflə əlaqə ünvanı: [email protected]