...

Azərbaycan, Türkmənistan və Türkiyə prezidentləri "prioritetləri" müəyyən ediblər

Siyasət Materials 29 Noyabr 2008 23:10 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 29 noyabr / Trend müxbir S.Qurbanov/ Türkməndaşı şəhərində noyabrın 29-da "bağlı qapılar arxasında" Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə sammit keçirilib.

Türkmənistan prezidentinin mətbuat xidmətinin verdiyi məlumata əsasən, Azərbaycan prezidenti İlham Əliyev sammitdə bildirib ki, "Xəzərin sahilində keçirilən sammit həm üç dost ölkənin maraqlarına, həm də regionun maraqlarına cavab verən geniş məsələlərin müzakirəsi üçün imkan yaradır və tərəfdaşlığın prioritetlərini müəyyən etməyə imkan verir".

Görüşün təşəbbüskarı - Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib ki, "üç ölkənin münasibətləri elə sürətlə inkişaf edir ki, bu gələcək üçün planların qurulmasına imkan verir". Türkiyə lideri Abdulla Gül "həm energetika, həm də nəqliyyat sahəsində səmərəli əmakdaşlıqda maraqlı olduğunu" nəzərə çatdırıb.

Danışıqlara yaxın mənbənin verdiyi məlumata əsasən, sammit zamanı Xəzər regionunun karbohidrogen ehtiyyatlarının bazara çıxarılması, habelə Avropa ilə Asiya arasında nəqliyyat dəhlizinin tənzimlənməsi mazakirə olunub. Qonaqlara Xəzərin Türkmənistan sahilində "Avaza" turistik zonasının tikintisi planı da təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti