...

Bakıda silahla quldurluq edən qardaşlar tutulub

Siyasət Materials 12 Dekabr 2008 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir S.Kazımlı/ Bakı sakininə qarşı silahla hədələməklə quldurluq edilib. Quldurluq etdiklərinə görə üç qardaş polis əməkdaşları tərəfindən tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a məlumat verilib.

Məlumata görə, dekabrın 10-da saat 20.00 radələrində Sabunçu qəsəbəsində 3 naməlum şəxs Yeni Suraxanı qəsəbə sakini Zəfər Cəfərovu döyüb, ov tüfəngi ilə hədələyərək 4600 manat və 750 dollarını alıb, "Hyundai" markalı avtomaşına oturdaraq Zabrat qəsəbəsinə aparıblar. Sonradan onu yenidən Sabunçu qəsəbəsinə qaytarıb döyərək düşürdüblər. Sabunçu rayon Polis İradəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlər Binə qəsəbə sakinləri Rafiq İsmiyev, onun qardaşları İlqar və Əlikram dekabrın 11-də tutulublar.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti