...

Azərbaycanın Cənub bölgəsində qadın meyiti tapılıb

Siyasət Materials 28 Dekabr 2008 11:50 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 28 dekabr / Trend müxb. P.Əliyeva/ Azərbaycanın Cəlilabad rayonu ərazisində (paytaxt Bakıdan 210 km cənubda) naməlum qadın meyiti tapılıb. Bu barədə Trend -a Cəlilabad Rayon Polis İdarəsindən (RPİ) xəbər veriblər.

Tanınmaz hala düşən cəsəd bu gün səhər saatlarında Ələt-Astara yolunun 139-cu kilometrində aşkarlanıb. Faktla bağlı Cəlilabad RPİ-də araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti