...

Rusiya razılığa gəlməsə, Gürcüstan ATƏT missiyasının Aİ polisi ilə əvəz olunmasına ümüd edir

Siyasət Materials 15 Yanvar 2009 14:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Əgər Rusiyanın təkid etdiyi kimi, ATƏT missiyasının mandatı tam dayandırılarsa və  Cənubi Osetiyada müstəqil missiya açılmazsa, Gürcüstanın beynalxalq iştiraka dair digər variantları da var. Bu haqda bu gün jurnalistlərə Gürcüstan parlamentinin ərazi bütövlüyünün bərpası üzrə müvəqqəti komissiya sədri Şota Malaşxiya söyləyib. 

Bu məsələ bu gün Vyanada ATƏT-in Daimi Şurasında müzakirə ediləcək. Şurada ilk dəfə ATƏT-in yeni sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni çıxış edəcək.

"ATƏT-in missiyası dayandırılsa, Gürcüstana Avropa İttifaqının polis və hətta hərbi qüvvələri də gələ bilər, bunun üçün BMT-nin qərarı lazımdır", - deyərək Malaşxiya qeyd edib.

"Bu halda Gürcüstan qazanacaq, çünki Rusiya maraqlı tərəf kimi BMT-nin qərar qəbul etməsinə mane ola bilməz", - Gürcüstan deputatı əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti