...

Brüsseldə Gürcüstanın suverenliyi və ərazi bütövlüyü dəstəklənib

Siyasət Materials 6 Fevral 2009 13:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Brüsseldə NATO-Gürcüstan komissiyasının növbəti iclası başa çatdıqdan sonra Baş nazir Qiorqi Baramidze Litva, Latviya və Bolqarıstanın Şimali Atlantika Alyansındakı daimi nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.
Gürcüstanda islahatlar, Gürcüstan-Rusiya munaqişəsi, işğal olunmuş ərazilərdə yaranan vəziyyət, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiya perspektivləri və ümumilikdə gələcək planlar keçirilən görüşlər zamanı danışıqların mövzusunu təşkil edib.
Görüşlərdə Gürcüstanın suverenliyi və ərazi bütövlüyü yenidən birmənalı qaydada dəstəklənib. Litva səfiri Linas Linkeviçus Gürcüstanda aparılan islahatların əhəmiyyətini qeyd edib və bildirib ki, NATO-ya inteqrasiyanın bu mərhələsində Tbilisinin, vaxtı ilə Vilnüsdə aparılan danışıqlara nisbətdə daha çox imkanları və mexanizmləri var və bu imkanlardan maksimum istifadə olunmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti