...

İran dünyada fövqəldövlətdir - prezident

Siyasət Materials 10 Fevral 2009 13:36 (UTC +04:00)
İran dünyada fövqəldövlətdir - prezident

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir D.Хаtınoğlu/ "İran həqiqi fövqəldövlətdir", - İran prezidenti Mahmud Əhmədinejad bildirib.

İran prezidenti İslam İnqilabının 30 illiyi münasibətilə xalq qarşısında çıxış edərkən bildirib ki, dünya dövlətlərinin bu illər ərzində səsləndirdiyi hədə-qorxular İran xalqına təsir edə bilməyib. Onun sözlərinə görə, qətnamələr və iqtisadi sanksiyalar qarşısında qoyduğu məqsədlərə çatmaqda İrana mane ola bilməyib, - IRINN telekanalı xəbər verir.

"Dünya bizim həqiqətən fövqəldövlət olduğumuzu qəbul edib", - Əhmədinejad bildirib.

Onun sözlərinə görə, heç kim İranın elmi nailiyyətlərini inkar edə bilməz. Peyk və onun orbitə çıxaran iki raket İranda hazırlanıb. Birinci raket ikinci raketi və peyki üç dəqiqə daşıyıb və müəyyən olunmuş hündürlükdə ikinci raketi buraxıb. İkinci raket də öz növbəsində saniyədə 7000 metr sürətlə peyki orbitdə yerləşdirib. İran prezidentinin sözlərinə görə, ölkə bu raketləri sülh məqsədləri üçün istehsal edir.

"Dünya dövlətləri İrana məğlub olublar", - Əhmədinejad deyib. "Barak Obama İranla danışıq aparmaq niyyətindədir. ABŞ öz siyasətini dəyişmək məcburiyyətindədir və strateji olacağı təqdirdə, bu dəyişiklikləri dəstəkləyirik", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti