...

Türkmənistan və İran prezidentləri "milli prioritet"ləri müzakirə edəcəklər

Siyasət Materials 10 Fevral 2009 16:42 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 10 fevral / Trend , müxbir E.Həsənov/ Yaxınlarda Tehrana səfər etməyə hazırlaşan Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov iranlı həmkarı Mahmud Əhmədinejadla "vacib milli prioritetlər və regional və beynəlxalq siyasətin yeni reallıqları kontekstində dövlətlərarası ənənəvi əməkdaşlığın inkişafı yolunda sonrakı addımları" müəyyən edəcək.

Görüşün gündəliyində Xəzərin hüquqi statusunun müzakirəsi, yanacaq-energetika sektorunda əməkdaşlıq və humanitar sahədə əlaqələrin genişləndirilməsi durur, - rəsmi türkmən mənbəyi məlumat verir.

İran öz şimal əyalətləri üçün Türkmənistandan qaz alır.

Son illər Türkmənistan İranla bir neçə böyükmiqyaslı layihələr həyata keçirib ki, onların içərisində "Dostluq" su anbarının, Tecen-Seraxs-Məşhəd dəmir yolu, Körpece-Kurtkui qaz kəmərinin tikintisi və başqa layihələr də var. Ölkələr arasında illik ticarət dövriyyəsi 2,5 milyard ABŞ dollarını ötür.

İki ölkə arasında 2007-ci ilin yayında keçirilən yüksək səviyyədə görüş Türkmən-İran münasibətlərinə təkan verib. Ötən ilin dekabrında iki dövlət cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərmək haqda hökümətlərarası müqavilənin ratifikasiya edilməsi haqda fərmanlarını bir-birinə təqdim edib. Bundan başqa tərəflər konsulluq, gömrük və sərhəd məsələləri üzrə memorandum da imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti