Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İslam Konfransı Təşkilatının baş katibinin müavini Atta əl-Mənnanı qəbul edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Görüşdə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsinə həsr olunmuş tədbirin əhəmiyyəti vurğulanıb, bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin İslam dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfə kimi qiymətləndirilib.