Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir E.Rüstəmov /
Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarından 108-i referendumda iştirak etmək üçün qeydiyyatdan keçib, çərşənbə axşamı Trend -a Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulu Fərhad Məmmədov bildirib.
"Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının referendumda fəal iştirakının təmini məqsədilə yerli kütləvi informasiya vasitələrində yazılar dərc edilib və Azərbaycan vətəndaşlarına bildirişlər göndərilib", - Məmmədov əlavə edib.
Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.
Referendumun gedişatını təqribən 170 beynəlxalq və 47 min yerli müşahidəçi izləyəcək.
Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasıta başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]