...

Azərbaycan Konstitusiyasına dəyişikliklər demokratik normalara uyğundur – Belçikadan olan müşahidəçilər

Siyasət Materials 18 Mart 2009 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir E.Rüstəmov /

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendumda Belçika parlamentinin müşahidəçi missiyasının üzvləri hesab edirlər ki, səsvermə demokratik normalara cavab verir.

"Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər Belçikadakı dəyişikliklərlə uyğunluq təşkil edir. Seçki məntəqələri səsverməyə yaxşı hazırlaşıb", - Trend -a Belçika parlamentinin üzvü İvon Harmeqnies deyib.

Harmeqnies paytaxtın Nəsimi və Səbail rayonlarındakı məntəqələrdə monitorinq aparıb.

Belçika parlamentinin nümayəndəsi Jan-Pol Anri Bakıdakı seçki məntəqələrinin səsverməyə yaxşı hazırlığını qeyd edib.

"Referendum sakit keçir və müsbət hal odur ki, gənclik, tələbələr də səsvermədə fəal iştirak edir", - Jan-Pol deyib.

Anri paytaxtın Binəqədi rayonunun seçki məntəqələrində monitorinq keçirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti