...

Gürcüstanın NATO-ya yolu mütləq şəkildə ÜFP-dən keçmir - prezident

Siyasət Materials 8 Aprel 2009 13:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan prezidenti Mixail Saakaşvili NATO Parlament Assambleyasının (PA) yeni başçısı Con Tanerə Gürcüstana münasibətdə assambleya və ümumilikdə alyans tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Saakaşvili Tanerlə görüşdən əvvəl bildirib ki, NATO PA Valensiyadakı çıxışı zamanı onna böyük dəstək nümayiş etdirib.

Prezident qeyd edib ki, Gürcüstan və NATO "üzərində uzun müddət düşünülən yolu tapa bilib". "ABŞ prezidenti Barak Obama və başqa liderlər Strasburq sammitində çox vacib bəyanatlar verdilər. Bu bəyanatlardan aydın oldu ki, Gürcüstanın NATO-ya yolu mütləq şəkildə Üzvlük üzrə Fəaliyyət Planından (ÜFP) yox, məhz NATO-Gürcüstan Komissiyasından və bu komissiyanın illik hesabatından keçir", - o bildirib.

Saakaşvilinin sözlərinə görə, "müharibə və ölkəyə qarşı aparılan təbliğata rəğmən, Gürcüstan üçün alyansa doğru yol açıqdır". Prezidentin qiymətləndirməsinə görə, bu, regionun sabitliyi və mühafizəsi yoludur.

Saakaşvili həmçinin qeyd edib ki, ABŞ Baş qərargahının rəisi Gürcüstana yeni təklif paketi gətirib. Onların məqsədi keyfiyyətcə yeni gürcü ordusunun yaradılmasıdır.

"Bu mənim NATO PA-nın başçısı qismində ilk səfərimdir və mən şadam ki, bu səfər məhz Gürcüstanda baş tutdu. Biz Gürcüstana demokratiyanın inkişafı və qanunun aliliyinə nail olmağa kömək etməyə hazırıq", - Taner bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti