...

Gürcüstan xarici işlər nazirinin ABŞ-a rəsmi səfəri başlayır

Siyasət Materials 13 Aprel 2009 11:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 aprel / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstan xarici işlər naziri Qriqol Vaşadzenin bu gün ABŞ-a rəsmi səfəri başlayır. Bu, Gürcüstan Xarici Siyasət İdarəsi rəhbərinin Birləşmiş Ştatların yeni administarsiyasının seçilməsindən sonra, bu ölkəyə ilk səfəridir.

Vaşadze Dövlət katibi Hillari Klinton ilə görüşəcək. Görüşdə BMT Təhlükəsizlik Şurasının növbəti qətnaməsinin qəbul edilməsi, həmçinin gürcü-abxaz və gürcü-osetin münaqişələri zonalarındakı vəziyyətə dair məsələlər nəzərdən keçiriləcək. Vaşadze və Klinton ABŞ ilə Gürcüstan arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasında əks olunan prinsiplərin həyata keçirilməsi üçün fəaliyyət planının hazırlanmasını da müzakirə edəcəklər.

Vaşadze ABŞ-a səfəri çərçivəsində BMT Baş katibi Pan Gi Mun ilə görüşəcək və BMT-nin Gürcüstanda sonrakı fəaliyyətinin perspektivlərini müzakirə edəcək. BMT Baş katibinin müavini Lin Pasko ilə də görüş planlaşdırılıb. Bundan əlavə, nazir Fransa, Türkiyə, Böyük Britaniya, Çin, ABŞ və Avstriyanın BMT-dəki daimi nümayəndələri ilə də görüşlər keçirəcək.

Vaşadzenin ABŞ-a səfəri aprelin 16-da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti