...

Moldovada "rəngli inqilab" etməyə cəhd göstəriblər - prezident Voronin

Siyasət Materials 14 Aprel 2009 12:16 (UTC +04:00)
Moldovada "rəngli inqilab" etməyə cəhd göstəriblər  - prezident Voronin

Moldovada "rəngli inqilablar" tipli əməliyyat həyata keçirməyə cəhd ediblər. Bu barədə Moldova prezidenti Vladimir Voronin İspaniyanın "Pais" qəzetinə müsahibəsində bildirib.

Vesti telekanalının verdiyi xəbərə əsasən, Voroninin sözlərinə görə, Kişinyovda həyata keçirilən proqramlara Serbiya və Rumıniyadan olan vətəndaşlar rəhbərlik edib. "Biz aprelin 7-də Serbiyadan yeddi nəfərin, həmçinin Rumıniyanın xüsusi xidmət agentlərinin paytaxta gəlişini qeydə almışıq. Onlar məqamdan istifadə etmək və "rəngli inqilab" adlandırılan əməliyyat təşkil etmək istəyiblər. Belqrad, Tbilisi, Bişkek və Kiyevdə hadisələr məhz bu ssenari ilə inkişaf etmişdi", - deyə Voronin bildirib.

"Biz onların hamısının şəklini çəkmişik və polisə hücum edənləri tanıya bilərik. Biz onları həbs və məhkəmə yolu ilə təqib edəcəyik", - İTAR-TASS Voroninə istinadən sitat gətirib.

Xəbər lenti

Xəbər lenti