...

Dövlət Sərhəd Xidməti ali məktəbə silahlı basqın zamanı istifadə olunan silahın Gürcüstandan Azərbaycana hansı yolla keçirilməsini araşdırır

Siyasət Materials 6 May 2009 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir E.İsmayılov, K.Zərbalıyeva /

Azərbaycanda ali məktəbə silahlı basqın zamanı istifadə olunan silahın Gürcüstandan Azərbaycana hansı yolla keçirilməsi ilə bağlı Dövlət Sərhəd Xidməti (DSX) araşdırma aparır, Trend -un məlumatına görə, DSX rəisi Elçin Quliyev çərşənbə günü jurnalistlərə məlumat verib.

"Azərbaycan Respublikasının digər hüquq-mühafizə orqanları ilə birlikdə tərəfimizdən zəruri tədbirlər görülür", - Quliyev bildirib.

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.
Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.
Sultanov bildirib ki, hadisə ilə bağlı həbs olunmuş şəxslərə ittihamlar irəli sürülüb.

Gürcüstan vətəndaşı Nadir Əliyevə qarşı Cinayət Məcəlləsinin 32.5, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmədə iştirakçılıq), 32.5,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmədə iştirakçılıq), 32.5,120.2.7 (iki və ya daha çox şəxsi öldürmədə iştirakçılıq), 29, 32.5, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhddə iştirakçılıq), 29, 32.5,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhddə iştirakçılıq), 29, 32.5, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhddə iştirakçılıq) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə), Marneuli rayonunun Şulaveri qəsəbə sakini Cavidan Amirova qarşı 228.1-ci və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama) maddələri ilə ittihamlar irəli sürülüb.  

DSX rəisi bildirib ki, baş vermiş hadisə ilə əlaqədar həm yaşıl sərhədlərdə, həm də nəzarət buraxılış məntəqələrində müvafiq tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti