...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə bağlı bəzi sənədlərin və təlimatların hazırlığına başlayıb

Siyasət Materials 9 May 2009 14:33 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə bağlı bəzi sənədlərin və təlimatların hazırlığına başlayıb

Azərbaycan, Bakı, 09 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, MSK bələdiyyə seçkiləri ilə bağlı bəzi sənədlərin və təlimatların hazırlığına başlayıb. 

Pənahov onu da qeyd edib ki, bələdiyyə seçkiləri dekabr ayında keçiriləcək.

"Mərkəzi Seçki Komissiyası bu seçkilərin keçirilməsi ilə bağlı bütün işləri vaxtında həyata keçirəcək", -deyə o qeyd edib.

Bəzi bələdiyyələrin birləşdirilməsi məsələsinə gəldikdə, MSK sədri deyib ki, bunun seçkinin keçirilməsinə heç bir təsiri olmayacaq.

Martın 18-də keçirilən referendumun nəticələrindən narazı qalan müxalifətin Avropa Məhkəməsinə müraciət etməsinə münasibət bildirən Pənahov bildirib ki, məhkəməyə müraciət etmək hər bir şəxsin haqqıdır.

"Hesab edirəm ki, referendum qanuna uyğun keçirilib, Avropa Məhkəməsinə və digər hər hansı bir quruma bununla bağlı şikayət etməyə heç bir əsas yoxdur", - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti