Gürcüstanın birinci xanımı Sandra Rulovs mayın 17-dən İsveçrədə səfərdədir. O, burada ölkənin səhiyyə naziri Aleksandr Kvitaşvili ilə birgə Ümumdünya Səhiyyə Təşkilatının 62-ci Assambleyasında iştirak edir.
Birinci xanımın mətbuat xidmətindən verilən məlumata görə, Rulovs səfər çərçivəsində NESTLE şirkətinin baş ofisini və tədqiqat mərkəzini, həmçinin Cenevrə və Lozannadakı doğum evlərini ziyarət edib.
İsveçrəyə səfərin yekununda xanım Rulovs Azərbaycana gələcək və burada mayın 20-dən Bakıda rəsmi səfərdə olacaq həyat yoldaşı, prezident Mixail Saakaşviliyə qoşulacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]