...

Türkmənistanda "Cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun təsdiq olunub

Siyasət Materials 29 May 2009 14:24 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 29 may / Trend , müxbir H.Həsənov /

Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhammedov, ölkənin Məclisi (parlament) tərəfindən hazırlanmış "Cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunu təsdiq edib.

Bu gün türkmən KİV-i tərəfindən yerləşdirilmiş sənəd, dərc olunduğu gündən üç ay sonra qüvvəyə minir.

Milli telekanal Altın Asır-ın verdiyi məlumata görə, Berdımuhammedov Nazirlər Kabinetinin iclasında deyib ki, bu islahat milli qanunvericiliyin beynəlxalq hüququn ümumi qəbul edilmiş normalara uyğunlaşdırılmasına və bununla da Türkmənistanın beynəlxalq əlaqələr sisteminə gələcək inteqrasiyası üçün nəzərdə tutulub.

Dövlət başçısı Məclisə Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birlikdə yeni qanun çərçivəsində müvafiq strukturların fəaliyyətini müəyyən edən normativ sənədlərin hazırlanması üzərində işi davam etdirməyi tapşırıb.

Berdımuhammedovun sözlərinə görə, bu sənədlər ən qısa müddətdə hazırlanmalıdır. Bununla yanaşı, bu xüsusi sahə ilə əlaqəli olan prokurorlar, müstəntiqlər, digər güc strukturları əməkdaşlarının xüsusi proqramlar üzrə ixtisasının artırılmasını da təşkil etmək lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti