...

Azərbaycan Prezidenti rus xalqını Dövlət bayramı münasibətilə təbrik edib

Siyasət Materials 11 İyun 2009 19:58 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyevə təbrik məktubu göndərib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ölkə başçısı Medvedyevi və bütün rus xalqını Dövlət bayramı - Rusiya günü münasibətilə təbrik edib.

"Azərbaycan ilə Rusiyanı bir-birinə çoxəsrlik dostluq və mehriban qonşuluq əlaqələri bağlayır", - məktubda deyilir. İlham Əliyev, bu xoş münasibətlərin çoxplanlı qarşılıqlı fəaliyyətin genişlənməsinə, Azərbaycan-Rusiya strateji tərəfdaşlığının dərinləşdirilməsinə hərtərəfli kömək edərək iki xalqın rifahı naminə, sülh və Qafqazda sabitlik naminə bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti