...

Tehranda prezidentliyə namizədlərin nümayəndələrinə 6700-dən çox buraxılış vəsiqəsi verilib – İran MSK-nın sədri

Siyasət Materials 12 İyun 2009 17:50 (UTC +04:00)

"Seçki məntəqələrində səsvermənin gedişini izləmək üçün Tehranda prezidentliyə namizədlərin nümayəndələrinə 6708 buraxılış vəsiqəsi verilib", - İran MSK-nın sədri Kamran Daneşcu bildirib.

O, həmçinin qeyd edib ki, İranın sabiq Baş naziri Mir Hüseyn Musəvinin seçki qərargahından 3153 vəsiqə tələb olunsa da, onlara 2918 vəsiqə verilib. Digər namizədlərdə durum müvafiq olaraq aşağıdakı kimi olub: İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad 3331 - 2720, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi 356 - 348, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi 1000 - 722.     

Seçkilərdə İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq Baş naziri Mir Hüseyn Musəvi mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti