...

İran Böyük Britaniya ilə münasibətləri yenidən nəzərdən keçirəcək – Milli təhlükəsizilik üzrə komissiyanın mətbuat katibi

Siyasət Materials 22 İyun 2009 15:06 (UTC +04:00)
İran Böyük Britaniya ilə münasibətləri yenidən nəzərdən keçirəcək – Milli təhlükəsizilik üzrə komissiyanın mətbuat katibi

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyası ölkə Xarici İşlər Nazirliyindən Böyük Britaniya ilə münasibətləri yenidən nəzərdən keçirməyi tələb edib. ILNA agentliyi xəbər verir.

"İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri xarici işlər naziri və onun müavini ilə keçirilən bugünkü görüşdə ölkədə baş verən sonuncu hadisələrə Böyük Britaniyanın müdaxiləsini nəzərə alaraq XİN-dən bu ölkə ilə münasibətlərə yenidən baxılmasını tələb edib", - bu barədə komissiyanın mətbuat katibi Kazim Calali bildirib.

İran hökuməti iyunun 12-də keçirilən hazırkı prezident Mahmud Əhmədnejadın səs çoxluğu ilə qalib gəldiyi prezident seçkilərindən sonra ölkəni əhatə edən kütləvi iğtişaşların qızışdırılmasında Qərbi və qərb KİV-ni ittiham edir. Bu barədə MEHR agentliyi bazar ertəsi İslam Respublikası XİN-in bəyanatına istinadən bildirib.

Calali həmçinin əlavə edib ki, İran bütün ölkələr ilə münasibətlərini inkişaf etdirmək niyyətindədir, lakin heç kimə ölkənin daxili işlərinə müdaxilə etməyə icazə verilməyib.

Bazar günü İran hökuməti bəyan edib ki, BBC teleradio korporasiyasının müxbiri Con Leyni reportajlarına görə ölkədən çıxarılır. İran hökumətinin məlumatına əsasən, BBC müxbiri "uydurma xəbərlərin və reportajların yayılması, xəbərlərdə bitərəfliliyə etinasızlıq, qiyamçılara dəstək göstərilməsi və İran xalqının hüquqlarının tapdalanmasında ittiham olunur".

Xəbər lenti

Xəbər lenti