...

Seçki qanunvericiliyinin müzakirəsində iştirak edəcək Venesiya Komissiyası Tbilisiyə gəlib

Siyasət Materials 4 İyul 2009 14:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 iyul / Trend , müxbir N.Kirsxaliya /

Dünən Venesiya Komissiyasının nümayəndələri Tbilisiyə ikigünlük səfərə gəlib. Nümayəndə heyətinin səfərinin məqsədi Gürcüstanın seçki qanunvericiliynə dair öz təkliflərini və tövsiyələrini verməkdir.

Seçki Məcəlləsinin dəyişilməsi üzərində işləyən işçi qrupu və Venesiya Komissiyasının görüşü Tbilisinin "Kortiard Tbilisi" mehmanxanasında keçirilib.

İkigünlük müzakirələrdən sonra avropalı ekspertlərin tövsiyələri təqdim ediləcək.

Parlament çoxluğundan olan deputat Akaki Minaşvilinin Trend -a verdiyi məlumata görə, hər şey normal siyasi proseslər çərçivəsində gedir. "Disput gedir, bu da normal haldır. Yəqin ki, mübahisələrin nəticəsində həqiqət üzə çıxacaq", - o qeyd edib.  

Müxalifətdən olan deputat Condi Baqaturiya Trend -a bildirib ki, o, dörd təklif irəli sürüb və onların hamısı avropalı ekspertlər tərəfindən nzərə alınıb. "Biz çalışacağıq ki, onların hamısının keçməsini təmin edək. Çünki bu, seçkilərin şəffaflığını və obyektivliyini təmin edəcək", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti