...

Türkmənistanda nüvə sınaqlarının qadağan edilməsi üzrə müqavilə çərçivəsində layihə realizə edilir

Siyasət Materials 18 İyul 2009 14:06 (UTC +04:00)
Türkmənistanda nüvə sınaqlarının qadağan edilməsi üzrə müqavilə çərçivəsində seysmologiya layihəsi realizə edilir. Onun perspektivləri səlahiyyətli beynəlxalq nümayəndə heyətinin Aşqabada səfəri zamanı müzakirə olunub.
Türkmənistanda nüvə sınaqlarının qadağan edilməsi üzrə müqavilə çərçivəsində layihə realizə edilir

Türkmənistan, Aşqabad, 18 iyul / Trend , müxbir H.Həsənov /

Türkmənistanda nüvə sınaqlarının qadağan edilməsi üzrə müqavilə çərçivəsində seysmologiya layihəsi realizə edilir. Onun perspektivləri səlahiyyətli beynəlxalq nümayəndə heyətinin Aşqabada səfəri zamanı müzakirə olunub.

Rəsmi türkmən mənbəyinin məlumatına görə, Nüvə sınaqlarının qadağan edilməsi üzrə müqavilə (NSQM) təşkilatının Beynəlxalq monitorinq sistemi departamentinin direktoru Federiko Quendel Elmlər Akademiyasının Seysmologiya institutu, XİN və ölkənin bir sıra digər qurumlarında görüşlər keçirib.

Müddətsiz olan NSQM imzalanmaq üçün 1996-cı ildə təklif olunub. Hazırda müqaviləni Türkmənistan da daxil olmaqla 150-dən çox dövlət imzalayıb.

Bir çox ölkələrdə son illər ərzində tikilmiş və beynəlxalq monitorinq sistemində birləşdirilmiş yüzlərlə stansiya kimi Türkmənistanda da nüvə təhlükəsizliyi təminatının vacib elementi olan stansiya tikilir. Nüvə sınaqlarına seysmik nəzarət metodu seysmologiyada yeni və müstəqil bölmədir.

Bu sistemdən həmçinin seysmik zonalarda yer qabığının titrəmələrinə nəzarət məqsədi ilə də istifadə oluna bilər. Türkmənistan xüsusi seysmik zonada yerləşir: 1948-ci ildə ölkədə güclü zəlzələ baş verib. Bunun nəticəsində Aşqabad şəhəri demək olar ki, tamamilə məhv olub və xeyli sayda insan itkiləri qeydə alınıb.

NSQM təşkilatının hazırlıq komitəsinin icraçı katibi Tibor Toto da Beynəlxalq təşkilatla Türkmənistan arasında məhsuldar əməkdaşlığının gələcək daha dərinləşməsinə ümid etdiyini bildirmişdi. Onun Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammedovla görüşü 2008-ci ilin noyabrında, Vyanada baş tutub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti