...

Avropanın gənc "yaşılları" Azərbaycana səfərə gəlir

Siyasət Materials 27 İyul 2009 11:57 (UTC +04:00)
"Avropanın gənc "yaşılları" Bakıda beşgünlük səfər çərçivəsində Azərbaycan Yaşıllar Partiyasının fəaliyyəti ilə tanış olacaqlar", – bazar ertəsi Trend News-a Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev məlumat verib.
Avropanın gənc "yaşılları" Azərbaycana səfərə gəlir

Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir C.Babayeva / Avropa Gənc Yaşılları Federasiyası nümayəndələrinin sabahdan Azərbaycana səfəri başlayır.

"Avropanın gənc "yaşılları" Bakıda beşgünlük səfər çərçivəsində Azərbaycan Yaşıllar Partiyasının fəaliyyəti ilə tanış olacaqlar", - bazar ertəsi Trend -a Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev məlumat verib.

Onun sözlərinə görə, partiyanın gənclər təşkilatı Avropa Gənc Yaşılları Federasiyasına üzvlük üçün namizədliyini irəli sürüb. "Azərbaycan, Gürcüstan və Avropanın gənc "yaşıları" birgə tədbirlər və yay düşərgələri təşkil edirlər", - Güləliyev deyib.

Trend -un arayışı: Azərbaycan Yaşıllar Partiyası 2006-cı ilin dekabrında yaradılıb və hələ Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb. Partiyanın Avropanın Yaşıllar Partiyasında müşahidəçi statusu var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti