...

Azərbaycan paytaxtında polis əməkdaşlarına xəsarət yetirmiş bir qrup şəxsə qarşı cinayət işi başlanıb

Siyasət Materials 6 Avqust 2009 13:03 (UTC +04:00)
Bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edib, daş və digər əşyalarla onlara xəsarət yetirib.
Azərbaycan paytaxtında polis əməkdaşlarına xəsarət yetirmiş bir qrup şəxsə qarşı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan paytaxtında polis əməkdaşlarına xəsarət yetirmiş bir qrup şəxsə qarşı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, avqustun 5-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində (Hökməli kəndi yaxınlığında) Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan ərazilərdə qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahələrinin qaytarılması ilə əlaqədar həmin şirkətin əməkdaşları ilə polis birgə tədbirlər keçirib.

Tədbirlər zamanı bir qrup şəxs Neft Şirkətinin işçilərinə və polis əməkdaşlarına qarşı zor tətbiq edib, daş və digər əşyalarla onlara xəsarət yetirib.
Nəticədə neft şirkətinin işçilərindən və polis əməkdaşlarından 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlardan 5 polis əməkdaşı DİN-in Hospitalına yerləşdirilib. Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin torpaq üzərində mülkiyyət hüququnu pozma (188) , tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma (222) və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315) maddələri ilə cinayət işi başlanıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti