...

NATO ekspertləri Gürcüstanda olub

Siyasət Materials 9 Sentyabr 2009 20:56 (UTC +04:00)
NATO ekspertləri logistika və müdafiənin planlaşdırılması məsələləri ilə bağlı Gürcüstanda olublar. Səfər Gürcüstan Silahlı Qüvvələrinin inkişafına kömək məqsədi daşıyır.
NATO ekspertləri Gürcüstanda olub

Gürcüstan, Tbilisi, 09 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

NATO ekspertləri logistika və müdafiənin planlaşdırılması məsələləri ilə bağlı Gürcüstanda olublar. Səfər Gürcüstan Silahlı Qüvvələrinin inkişafına kömək məqsədi daşıyır. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.

NATO ekspertləri gürcü həmkarlarına hərbi təhsilin və təlim sisteminin inkişaf etdirilməsində kömək edəcəklər.

Səfər zaman logistika və müdafiənin planlaşdırılması məsələləri, həmçinin konseptual strateji sənədlər və təhsil proqramının hazırlanması müzakirə edilib.

Görüşdə NATO ekspertləri Gürcüstan tərəfinə alyansla uzlaşan hərbi təhsilin və təlim sisteminin tətbiq edilməsi prosesində yardım edəcək tövsiyələr veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti