...

Rumıniya NATO-nun koordinatoru qismində səmərəli işə ümid edir - səfir

Siyasət Materials 23 Sentyabr 2009 11:52 (UTC +04:00)
Rumıniya səfirliyi ümid edir ki, Türkiyənin Azərbaycanda NATO-nun koordinatoru qismindəki səmərəli işini davam etdirə biləcək, bu barədə çərşənbə günü Rumıniyanın Azərbaycandakı səfiri Nikolay Ureke NATO məktəbindəki seminarda bildirib.
Rumıniya NATO-nun koordinatoru qismində səmərəli işə ümid edir - səfir

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir V.Javoronkova /

Rumıniya səfirliyi ümid edir ki, Türkiyənin Azərbaycanda NATO-nun koordinatoru qismindəki səmərəli işini davam etdirə biləcək, bu barədə çərşənbə günü Rumıniyanın Azərbaycandakı səfiri Nikolay Ureke NATO məktəbində keçirilən seminarda bildirib.

"Türkiyənin gördüyü yaxşı iş bizim üçün nümunədir, biz onun fəaliyyətini uğurla davam etdirməyə ümid edirik", - o bildirib.

2009-cu ilin yanvar ayının 1-dən Rumıniya NATO-nun Azərbaycanda koordinatoru mövqeyində Türkiyəni əvəz edib.

Urekenin sözlərinə görə, Rumıniyanın vəzifəsi Şimali Atlantika Alyansının mənasının Azərbaycan xalqına geniş izahıdır. NATO məktəbində keçirilən diskussiyalar yoxsulluq, terrorizm, iqlim dəyişikliyi, iqtisadi böhran kimi problemlərin həllini tapmağa kömək etməlidir.

Xəbər lenti

Xəbər lenti