...

Azərbaycanın hakim partiyasının sədr müavini ABŞ səfirliyinə ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazılıq edib

Siyasət Materials 15 Oktyabr 2009 15:56 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının sədr müavini ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri ilə görüşüb.
Azərbaycanın hakim partiyasının sədr müavini ABŞ səfirliyinə ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazılıq edib

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın hakim partiyasının sədr müavini ABŞ səfirliyinin müşavirinə ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazılıq edib.

"Partiyanın sədr müavini Əli Əhmədov ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyindən şikayətlənib və Azərbaycan xalqının bu qrupun qeyri-obyektiv fəaliyyətindən narazı olduğunu bildirib", - Trend -un məlumatına görə, cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytında bildirilib.

Sədr müavini Əli Əhmədov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri xanım Coanna Qənsenə 2009-cu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq, tətbiq olunacaq yeniliklər, namizədlərin müəyyən olunması və onlarla iş, təbliğat işinin həyata keçirilməsi, builki bələdiyyə seçkilərində gənclərə, eləcə də qadınlara verilən üstünlük haqqında geniş məlumat verib.

Trеnd Nеws-un аrаyışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti