...

Azərbaycanın müxalifət hərəkatını dağılmış hesab etmək olar – partiya sədri

Siyasət Materials 17 Oktyabr 2009 11:53 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının sədri müxalifət hərəkatı daxilində baş verən böhranın artıq qurumun dağılmasına səbəb olduğunu bəyan edib.
Azərbaycanın müxalifət hərəkatını dağılmış hesab etmək olar – partiya sədri

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının sədri müxalifət hərəkatı daxilində baş verən böhranın artıq qurumun dağılmasına səbəb olduğunu bəyan edib.

"Müsavat Partiyasının addımları faktiki olaraq hərəkatın fəaliyyətinə bir növ xitam vermiş oldu, yaranan böhranı isə artıq aradan qaldırmaq mümkün deyil", - şənbə günü Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Müsavat Partiyası Ümid Partiyasının seçki komissiyalarındakı üzvlərinin geri çağırılmasını tələb edir. Ümid Partiyası isə Müsavat depuatat qrupu üzvlərinin mandatlarından imtina edəcəyi təqdirdə tələbin yerinə yetirələcəyini bəyan edib. Hər iki partiya arasında yaranan bu gərginlik hərəkat daxilində ciddi böhrana səbəb olub.

Cəlaloğlunun sözlərinə görə, bundan sonra təsisçilər yığışıb hərəkatın fəaliyyətinə xitam verildiyini bəyan etməlidirlər.

"Amma "Azadlıq" blokundakı partiyaların mövqeyi tam aydınlaşmadığından bu qərarın qəbulu yubanır", - ADP sədri əlavə edib.

Onun fikrincə, "Azadlıq" bloku indiyədək hərəkatda təmsil olunan Müsavat və Ümid partiyaları arasında yaranan insidentlə bağlı mövqeyini müəyyənləşdirə bilmədiyindən təsisçilər yığışa bilmirlər. "Mənə elə gəlir ki, artıq problemi həll etmək mümkün olmayacaq və bunun da səbəbkarı Müsavat Partiyasıdır", - Cəllaoğlu vurğulayıb.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları 2009-cu il martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum ərəfəsi təsis ediblər

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti