...

Azərbaycan-İran əlaqələri çox yüksək səviyyədədir - Iran Parlamentinin İctimai Komissiyasının sədri

Siyasət Materials 9 Noyabr 2009 12:14 (UTC +04:00)
Iran Parlamentinin İctimai Komissiyasının sədri Süleyman Cəfərzadənin başçılıq etdiyi 7 nəfərlik nümayəndə heyəti Azərbaycana səfər edib. İran Parlamentinin İctimai Komissiyasının üzvləri bu gün Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan-İran əlaqələri çox yüksək səviyyədədir - Iran Parlamentinin İctimai Komissiyasının sədri

Azərbaycan, Bakı, 9 noyabr / Trend , müxbir T.Cəfərov/

Azərbaycan və İran iki qardaş ölkədir və bu iki ölkə arasında əlaqələr çox yüksək səviyyədədir, Trend -un məlumatına görə, bunu Bakıda jurnalistlərə Iran Parlamentinin İctimai Komissiyasının sədri Süleyman Cəfərzadə bildirib.

"Bu kimi səfərlər iki tərəfli iqitsadi, siyasi və ictimai əlaqalərin inkişafına müsbət təsir göstərir", - Cəfərzadə bildirib.

Iran Parlamentinin İctimai Komissiyasının sədri Süleyman Cəfərzadənin başçılıq etdiyi 7 nəfərlik nümayəndə heyəti Azərbaycana səfər edib. İran Parlamentinin İctimai Komissiyasının üzvləri bu gün Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Mİlli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycan parlamenti tarixində ilk dəfədir ki, parlament komitələri arasımda birbaşa əməkdaşlıq yaranır.

"Əvvəlki dövrlərdə parlamentlərin dostluq qurupları arasında əlaqələr daha çox geniş yayılmışdı. Indi isə yeni bir növ əməkdaşlıq, komitə sədrləri, komitə üzvləri, komitələrin əməkdaşlığıdır. Bu İranda olan sosial siyasət durumunu öyrənməyə, eləcə də hüquqi bazanın yaranması üçün əməkdaşlığa kömək edir," Rəcəbli əlavə edib.

İran nümayəndə heyətinin noyabrın 12-nə kimi davam edən səfər zamanı İran - Azərbaycan dostluq qurupunun üzvləri, parlament sədrinin  birinci müavini Ziyafət Əsgərov və Azərbaycanın Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi rəsmiləri ilə görüşlər keçirəcəklər

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti