...

Ermənistan özünü ciddi dövlət kimi aparmır və Dağlıq Qarabağ probleminin həllini uzadır - Azərbaycan Parlamentinin birinci vitse-spikeri

Siyasət Materials 23 Noyabr 2009 17:53 (UTC +04:00)
"Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Böyük Britaniyanın Lordlar Palatasının üzvü Con Desmond Forbes Anderson Veyverli ilə görüşdə Dağlıq Qarabağ probleminin mahiyyətini açıqlayıb", - bazar ertəsi Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Ermənistan özünü ciddi dövlət kimi aparmır və Dağlıq Qarabağ probleminin həllini uzadır - Azərbaycan Parlamentinin birinci vitse-spikeri

Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin birinci vitse-spikeri hesab edir ki, Ermənistan Dağlıq Qarabağ probleminin həllini uzadır.

"Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Böyük Britaniyanın Lordlar Palatasının üzvü Con Desmond Forbes Anderson Veyverli ilə görüşdə Dağlıq Qarabağ probleminin mahiyyətini açıqlayıb: 10 ildən çoxdur ki, parlamentarilər səviyyəsində də görüşlər keçirilir. Lakin işğalçı Ermənistan özünü ciddi dövlət kimi aparmır və danışıqlarda nail olunmuş müsbət tendensiyalardan imtina etməklə münaqişənin həllini uzadır", - bazar ertəsi Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Əsgərov deyib ki, ATƏT-in Minsk qrupunun 18 il fəaliyyət göstərməsinə baxmayaraq, nəticə əldə olunmayıb.

"Status-kvonu saxlamaqda maraqlı olan Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir", - məlumatda vurğulanır.

Əsgərov qeyd edib ki, Azərbaycan sülh tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllini istəyir. "Amma Ermənistan Dağlıq Qarabağ probleminin dinc yolla həllini sonsuza qədər uzadarsa, Azərbaycan işğal olunmuş ərazilərini hərbi yolla azad etmək məcburiyyətində qalacaq", - o bildirib.

Beynəlxalq hüququn Dağlıq Qarabağ münaqişəsinə seyrçi mövqedən yanaşdığını deyən Əsgərov bir mühüm məqamı da vurğulayıb ki, dünya dövlətləri işğala məruz qalmış Azərbaycanla işğalçı Ermənistana eyni münasibət bəsləməməlidir. "Bu iki dövlətin hər birinə əməlinə görə qiymət verilməlidir, münaqişənin çözülməsinə də məhz həmin prizmadan yanaşmaq lazımdır", - parlament sədrinin birinci müavini əlavə edib.

Lord Veyverli bildirib ki, münaqişənin həlli üçün öncə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır, sonra qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qaytarılmalıdır və Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti