...

Gürcüstanın xarici işlər naziri ATƏT-in baş katibi ilə görüşüb

Siyasət Materials 2 Dekabr 2009 19:48 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Afinada ikitərəfli görüşlər keçirib. Gürcüstan XİN-dən verilən məlumata görə, o, Mark Perrin de Brişambo ilə görüşüb.
Gürcüstanın xarici işlər naziri ATƏT-in baş katibi ilə görüşüb

Gürcüstan, Tbilisi, 02 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Afinada ikitərəfli görüşlər keçirib. Gürcüstan XİN-dən verilən məlumata görə, o, Mark Perrin de Brişambo ilə görüşüb.

Tərəflər Gürcüstandakı vəziyyəti müzakirə ediblər, ölkənin stabilliyi və təhlükəsizliyinin təmin edilməsi prosesində beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in əhəmiyyətini vurğulayıblar.

Elə həmin gün Qriqol Vaşadze Qazaxıstanın XİN rəhbəri Kanat Saudabayevlə görüşüb. İkitərəfli əlaqələrdən başqa, ATƏT çərçivəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib.

Xarici siyasət idarəsinin rəhbəri finladinyalı həmkarı Aleksandr Stub, Avstriyanın XİN rəhbəri Mixail Şpindeleqr, İsveç XİN-in rəhbəri Karl Bildtom, AFR-in dövlət katibi Verner Hoyer, Çexiyanın XİN rəhbəri Yan Koxout, Maltanın xarici işlər naziri Toni Borq və Xorvatiyanın XİN rəhbəri Qordon Jandrokoviçlə görüşüb.

Tərəflər öz ölkələri arasındakı ikitərəfli və çoxtərəfli əlaqələri və onların inkişaf perspektivlərinin müzakirə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsinin vacibliyi qeyd edilib. Qriqol Vaşadze görüşlərdə NATO-nun yeni üzvlərinin təcrübəsinin Gürcüstan üçün çox vacib olduğunu vurğulayıb. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxululub. NATO, ATƏT və Aİ çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Tərəflər bir daha əməkdaşlığın gələcəkdə də dərinləşməsinə hazır olduqlarını ifadə ediblər.

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ATƏT-in XİNŞ-nin iclasında çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti