...

Dairə seçki komissiyaları gözlə görünməyən mürəkkəb və ultra-bənövşəyi dedektorlarla təmin olunub - Azərbaycan MSK-sı

Siyasət Materials 15 Dekabr 2009 12:18 (UTC +04:00)
Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı gözlə görünməyən mürəkkəb və ultra-bənövşəyi dedektorlar (lampalar) Danimarkadan Azərbaycana gətirilib.
Dairə seçki komissiyaları gözlə görünməyən mürəkkəb və ultra-bənövşəyi dedektorlarla təmin olunub - Azərbaycan MSK-sı

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək bələdiyyə seçkisi ilə bağlı gözlə görünməyən mürəkkəb və ultra-bənövşəyi dedektorlar (lampalar) Danimarkadan Azərbaycana gətirilib.

"Dairə və Məntəqə seçki komissiyaları gözlə görünməyən mürəkkəb və ultra-bənövşəyi dedektorlarla (lampalar) təmin olunub", - Trend -a Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Qasımov deyib ki, bəzi məntəqələrə çatışmayan daşınan seçki qutuları da əlavə olaraq verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti