...

Gürcüstan Əfqanıstana üçüncü hərbi kontingent göndərəcək

Siyasət Materials 15 Dekabr 2009 20:24 (UTC +04:00)
Gürcüstan Əfqanıstana üçüncü hərbi kontingent göndərmək niyyətindədir. Bunu çərşənbə axşamı Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze deyib.
Gürcüstan Əfqanıstana üçüncü hərbi kontingent göndərəcək

Gürcüstan, Tbilisi, 15 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Əfqanıstana üçüncü hərbi kontingent göndərmək niyyətindədir. Bunu çərşənbə axşamı Gürcüstan Prezidentinin mətbuat katibi Manana Mancqaladze deyib.

O təsdiq edib ki, Gürcüstan Əfqanıstandakı iştirakını artırmaq niyyətindədir, lakin məhz hansı kontingentin göndəriləcəyini dəqiqləşdirməyib.

"Yalnız onu təsdiqləyə bilərəm ki, bu kontingent Böyük Britaniyanın cavabdeh olduğu zonada yerləşəcək", - o deyib.

Artıq Əfqanıstanda Gürcüstan əsgərləri var. Onlar Fransanın cavabdeh olduğu zonada xidmət edirlər. Yazda bura ABŞ koordinasiyası altında xidmət edəcək batalyon göndəriləcək.

İlkin olaraq bu iki kontingentin tərkibində 723 hərbçinin olacağı planlaşdırılırdı. Lakin son zamanlar Gürcüstan Əfqanıstana 900-1000 nəfər hərbçinin göndəriləcəyini yüksək səviyyədə bəyan edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti