...

Gürcüstanın qeyri-parlament müxalifəti öz fəaliyyətlərini uzlaşdırmaq qərarına gəlib

Siyasət Materials 21 Dekabr 2009 17:12 (UTC +04:00)
Qeyri-parlament müxalifəti mövcud rejimlə mübarizədə vahid fəaliyyət planı hazırlayacaq işçi qrup yaradır.
Gürcüstanın qeyri-parlament müxalifəti öz fəaliyyətlərini uzlaşdırmaq qərarına gəlib

Gürcüstan, Tbilisi, 21 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Qeyri-parlament müxalifəti mövcud rejimlə mübarizədə vahid fəaliyyət planı hazırlayacaq işçi qrup yaradır. Bu barədə "Ağlar " hərəkatının lideri Temur Şaşiaşvili Trend -a məlumat verib.

Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar apreldə xalq yığıncağının olacağı qəbul edilib. Burada müxalifətin yerli seçkilərdə hansı formada iştirak edəcəyi barədə qərar qəbul ediləcək.

"Biz demokratik prinsiplər üzrə hərəkət edəcəyik. Yalnız demokratik proseslər bu hakimiyyətə nöqtə qoya bilər. Gürcüstanın xilası demokratiyadadır", - deyə Şaşiaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti