...

Bu ilin 11 ayında Azərbaycanda qeydə alınan yol qəzalarının sayı azalıb

Siyasət Materials 30 Dekabr 2009 11:37 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov çərşənbə günü Trend News-a bildirib ki, ötən ilin 11 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə qəzalar zamanı ölən və xəsarət alanların sayı azalıb.
Bu ilin 11 ayında Azərbaycanda qeydə alınan yol qəzalarının sayı azalıb

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bu ilin 11 ayında Azərbaycanda qeydə alınan yol qəzalarının sayı azalıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov çərşənbə günü Trend -a bildirib ki, ötən ilin 11 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə qəzaların və qəzalar zamanı ölən və xəsarət alanların sayı azalıb.

Cari ilin 11 ayında respublikada 2535 yol qəzası zamanı 849 nəfər dünyasını dəyişib, 2749 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ötən ilin 11 ayı ilə müqayisədə bu il qəzaların sayı 5,5, ölənlərin sayı 9, xəsarət alanların sayı isə 5 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti