...

Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının təxminən yarısı Yanukoviçə səs verib

Siyasət Materials 18 Yanvar 2010 11:25 (UTC +04:00)
Azərbaycanda səs verən 110 Ukrayna vətəndaşından 46-sı Regionlar Partiyasının lideri Viktor Yanukoviçi dəstəkləyib. Bu barədə seçki komissiyasının sədri Mariya Saidova Trend News-a məlumat verib.
Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının təxminən yarısı Yanukoviçə səs verib

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir A.Axundov/

Azərbaycanda səs verən 110 Ukrayna vətəndaşından 46-sı Regionlar Partiyasının lideri Viktor Yanukoviçi dəstəkləyib. Bu barədə seçki komissiyasının sədri Mariya Saidova Trend -a məlumat verib.

Ölkənin fəaliyyətdə olan prezidenti Viktor Yuşenko 23 səs, Baş nazir Yuliya Timaşenko 17 səs, bank sahibi Sergey Tiqipko 9 səs, parlament spikeri Vladimir Litvin 4 səs, eks-spiker Arseni Yasenyuk 4 səs, sabiq müdafiə naziri Anatoli Qriçenko 1 səs, Sosialist Partiyasının lideri Aleksandr Moroz 1 səs toplayıb. 4 nəfər isə bütün namizədlərin əleyhinə səs verib.

3 saylı seçki dairəsi səhər saat 08:00-da açılıb, axşam saat 20:00-da isə bağlanıb. "Səsvermə zamanı pozuntu halları qeydə alınmayıb", - səfirlikdən bildirilib.

Azərbaycanda yaşayan 221 Ukrayna vətəndaşının və əlavə olaraq 11 nəfərin adı seçki siyahısına daxil edilib.

Bazar günü Ukraynada prezident seçkiləri keçirilib. Mərkəzi seçki komissiyası 18 namizədi qeydə alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti