...

Keçmişi unutmaq olmaz - Avropa Şurasının baş katibi

Siyasət Materials 27 Yanvar 2010 20:52 (UTC +04:00)
Keçmişi heç zaman unutmamalıyıq. Trend News-un məlumatına görə, bunu çərşənbə günü AŞ PA-nın qış sessiyası çərçivəsində Holokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə AŞ-nin baş katibi Tyorborn Yaqland deyib.
Keçmişi unutmaq olmaz - Avropa Şurasının baş katibi

Fransa, Strasburq, 27 yanvar / Trend , müxbir A.Məhərrəmli/

Keçmişi heç zaman unutmamalıyıq. Trend -un məlumatına görə, bunu çərşənbə günü AŞ PA-nın qış sessiyası çərçivəsində Holokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə AŞ-nin baş katibi Tyorborn Yaqland deyib.

Diqqət ikinci dünya müharibəsi zamanı törədilmiş vəhşiliklərə çəkən baş katib qeyd edib ki, bugünkü Avropada qadın və kişilər həyatlarını itirmir, əksinə onu birlikdə qura bilirlər.

"Avropa Şurası tərəfindən inkişaf etdirilmiş əməkdaşlıq, şəffaflıq və inteqrasiya bu gün insan haqlarını, demokratiya və hüquqi dövlət prinsiplərini təmin etmək və irəli aparmaq üçün yeganə vasitədir", - baş katib əlavə edib.

AŞ PA-nın yeni sədri Mövlud Çavuşoğlu bəyan edib ki, yaddaş Holokostun bir daha təkrarlanması üçün ən yaxşı vasitədir.

"İkinci dünya müharibəsində törədilmiş vəhşiliklər AŞ-nin yaranmasına və insan haqlarının universal şəkildə tanınmasına gətirib çıxardı. Yaddaş Holokostun bir daha təkrarlanması üçün ən yaxşı vasitədir. Buna görə də insan haqlarının önəmi və dəyərini unutmamaq üçün ötən əsrdə Avropa tarixinin ən qaranlıq məqamlarını xatırlamağımız lazımdır", - AŞ PA sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti