...

Azərbaycan müxalifətinin parlament seçkilərində birgə iştirakı imkanları tükənməyib – partiya sədri

Siyasət Materials 13 Fevral 2010 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın partiya sədri hesab edir ki, müxalifətin parlament seçkilərində birgə iştirakı imkanları tükənməyib.

"Müxalifətin parlament seçkilərində vahid namizədlər siyahısı ilə iştirakı ilə bağlı müxtəlif təkliflər var və biz buna nail olmaq üçün məsləhətləşmələri davam etdiririk", - şənbə günü Trend -a Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Ağazadənin sözlərinə görə, müzakirələrin aparılmasına baxmayaraq hansı müxalifət partiyalarının seçkilərdə birgə iştiraka razılıq verəcəyini söyləmək çətindir. "Biz çalışırıq ki, mərkəzləşmiş bir qüvvəyə çevrilək. Buna necə nail olacağımız yollarını axtarırıq", - o xatırladıb.

Müsavat Partiyası müxalifətin parlament seçkiləri ilə bağlı mövqeyindən fərqli çıxış edir. Bu partiyanın iştirakı olmadan birlik yaratmaq məsələsinə gəldikdə, millət vəkili bütün variantlar ətrafında müzakirələrin getdiyini deyib. "Amma nəticəsini zaman göstərəcək. Seçkilərdə birgə iştirakımız hamımızdan asılıdır. Bu məsələdə heç bir qüvvədən konkret nə isə asılı deyil", - Ağazadə əlavə edib.

Onun fikrincə, parlament seçkilərində vahid mövqedən çıxış etmək təkcə müxalifətin yox, həm də cəmiyyətin maraqlarına uyğun hərəkət etməkdir. "Birliyimizə əsas mane olan səbəb hələ ki, partiyaların çərçivəsini müəyyən etməməklə bağlıdır. Hər bir partiyanın birliklə bağlı müxtəlif yanaşmaları var", - partiya sədri vurğulayıb.

Ağazadə deyib ki, müzakirələrin indiki mərhələsində deputatlığa namizədlərin vahid siyahısının hazırlanması məsələsi önəmli deyil.

"Əvvəlcə partiyaların bu istiqamətdə birgə addım atması və ümumi razılığı əhəmiyyətlidir. Bundan sonra vahid siyahı məsələsi ətrafında müzakirələrə başlamaq olar", - millət vəkili deyib.

Müхаlifəti təmsil еdən Ümid Pаriyаsı 1993-cü ildə yаrаdılıb. 2002-ci ildə Vətəndаş Birliyi Pаrtiyаsı (VBP) Ümid Pаrtiyаsınа birləşib. VBP-nin sədri оlmuş İqbаl Аğаzаdə Ümid Pаrtiyаsınа sədr sеçilib. Аğаzаdə Milli Məclisin dеputаtıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti